Zelenski An-26 təyyarələrinin uçuşlarının dayandırılması barədə göstəriş verdi

DÜNYA 26 sen 2020, 20:35

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə baş verən təyyarə qəzası səbəbilə yeni qərar verib.


Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Zelenski ölkədə bütün An-26 təyyarələrinin uçuşlarının dayandırılması barədə qərar qəbul edib.


Bu barədə məlumat prezident administrasiyasından verilib. Yeni qərara əsasən hadisənin səbəbləri tam müəyyən edilənə qədər həmin tip təyyarələrin uçuşu həyata keçirilməyəcək. 


Qeyd edək ki, Ukraynada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 27 nəfər dünyasını dəyişib. Qəzadan bir nəfər sağ qurtula bilib. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top