"Legiya" "Qarabağ"la matçın iştirak ərizəsində dəyişiklik etdi

İDMAN 26 sen 2020, 18:38

UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Polşa "Legiya"sının iştirak ərizəsində dəyişiklik edilib. 


"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, fransalı müdafiəçi Vilyam Remi heyətdən çıxarılıb.


29 yaşlı oyunçunun yerinə portuqaliyalı müdafiəçi Luis Roşa 30 futbolçudan ibarət siyahıya əlavə olunub. 


Qeyd edək ki, oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top