Əli Əsədov ukraynalı həmkarına başsağlığı verdi

SİYASƏT 26 sen 2020, 16:15

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov sentyabrın 26-da Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.


Demokrat.az xəbər verir ki, məktubda deyilir:


“Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.


Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top