SON DƏQİQƏ: Azərbaycanda daha 108 nəfər COVID-19-a yoluxdu

SOSİAL 26 sen 2020, 15:36

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.


COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 39 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib, aktiv xəstə sayı 1 787 olub.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 965, bu günə qədər isə ümumilikdə 1 095 543 test icra olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top