“Tramp dünyanı xaosa aparır” — Qorbaçovdan açıqlama

DÜNYA 26 sen 2020, 13:05

“ABŞ prezidenti Trampın administrasiyasının apardığı siyasət dünyanı strateji xaosa aparır”.


Demokrat.az xəbər verir ki, bu sözləri SSRİ-nin sabiq Prezidenti Mixail Qorbaçov Yaponiyanın “Aşahi” qəzetinə müsahibəsində deyib. “Nüvə silahına dair bütün çərçivələri dağıtmağa çağıran Tramp administrasiyası dünyanı xaosa və qeyri-müəyyən gələcəyə aparır”- deyə Qorbaçov bildirib.


Onun sözlərinə görə, hazırda dünyada hərbi texnologiyalar inkişaf edir, yenni sliahlar yaradılır. Odur ki, nüvə silahı ilə bağlı tərksilahı ciddi şəkildə beynəlxalq gündəliyə salmaq üçün cəylər gücləndirilməlidir.


Qorbaçov deyib ki, münasibətləri hərbi münaqişə həddinə çatdırmış rəqabət və siyasəti əməkdaşlıq münasibətləri əvəz etməlidir.(azpost.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top