“Sən başqa heç nə edə bilmirsən, Nikol” — Armen Aşotyan

DÜNYA 26 sen 2020, 12:18

Qagik Çarukyanın həbsi müxalifətin nəzərdə tutulan mitinqi və birləşməsi ehtimalı ərəfəsində yalnız Nikol Paşinyanın Paşinyansayağı fobiyalarının təzahürü, Ermənistanda tüğyan edən növbəti siyasi terror aktı deyil, eyni zamanda Qarabağ məsələsində arxamızda aparılan sui-qəsd siyasətindən ictimaiyyətin diqqətini yayındırmaq cəhdidir.


Demokrat.az xəbər verir ki, bu barədə Respublika Partiyası sədrinin müavini Armen Aşotyan Facebook səhifəsində yazıb.


“Bu hərəkət tərzinin digər müxalifət nümayəndələrinə də yayılacağını istisna etmirəm.


Çarukyanı siyasi təqiblərə məruz qoymaqla sən diqqətimizi Qarabağdan yayındıra, xalqın həyatını yaxşılaşdıra, insanların narazılığını yatırda bilməzsən.


Sən başqa heç nə edə bilmirsən, Nikol” deyə Armen Aşotyan yekunlaşdırıb.(konkret.az)              

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top