Berdimuhəmmədov ömürlük prezident olacaq?

DÜNYA 26 sen 2020, 12:15

Türkmənistanın lideri Qurbanqulı Berdimuhəmmədov konstitusiyaya dəyişiklikləri imzalayıb. Sərt nəzarətdə olan bu ölkədə sənədin detalları tam bəlli deyil.


Dövlət mediası sentyabrın 25-də Xalq Şurası və deputatların təsdiqindən sonra Berdimuhəmmədovun dəyişiklikləri imzalaması barədə xəbər yayıb. Prezident özü bir il öncə bu təkliflə çıxış etmiş, layihəni hazırlayan komissiyaya da özü başçılıq edirdi.


Parlamentin strukturu dəyişir


Türkmənistan vətəndaşlarının dəyişikliklərin konkret mahiyyətindən xəbəri yoxdur. Bircə bilinən odur ki, təkpartiyalı parlament olan Məclis Xalq Şurası ilə birləşəcək və ikipalatalı qurum yaradılacaq.


Xalq Məsləhəti adlı şura 2017-ci ildə Ağsaqqallar Şurasının əsasında təsis olunub. Berdimuhəmmədov bu orqanın sədridir.


Tənqidçilərin sözlərinə görə, Qurbanqulı Berdimuhəmmədov dəyişikliklərdən istifadə edərək özünün ömürlük prezidentliyini, sonucda hakimiyyətin oğluna və nəvələrinə keçməsini təmin etmək istəyir.


Bu ayın əvvəlində onlarla türkmənistanlı Vaşinqtonda, Hyuston və Pitsburqda yürüşlərə çıxaraq plana etiraz ediblər


Hökumətin tənqidçiləri və insan haqları qrupları 2006-cı ildə avtokrat lider Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gəlmiş Berdimuhəmmədovun narazıları susdurduğunu, ölkədə çox az dəyişikliklər etdiyini deyirlər.


Berdimuhəmmədov da mərhum sələfi kimi hakimiyyətinin saxlanmasında əsas məhsul və xidmətlərin əhaliyə güzəştli qiymətə satılmasından yararlanıb.(azpost.info)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top