Ermənistanda koronavirusa yoluxanların sayı 49 mini ötdü

DÜNYA 26 sen 2020, 13:36

Ermənistanda daha 429 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 49 072-yə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 948-ə çatıb. İndiyədək 43 576 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 4 253 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top