Lalə Azərtaşın növbəti qonağı... — Muğamın Alimi (VİDEO)

ŞOU-BİZNES 26 sen 2020, 11:00

Tanınmış teleaparıcı Lalə Azərtaşın "Youtube" kanalında budəfəki qonağı Xalq artisti, dünyaşöhrətli muğam ifaçısı Alim Qasımov olub.


Demokrat.az-ın xəbərinə görə, xanəndə ilə görüş onun dədə-baba yurdu  Şamaxıda baş tutub. Maraqlı keçən söhbətdə sənətkar yenə özünün səmimi və mehriban davranışı ilə yadda qalıb. O, açıq havada həm səsi ilə insanları feyziyab edib, həm də bacardığı digər işlərin də öhdəsindən necə məharətlə gəldiyini göstərib. 


Süfrə arxasında səmimi söhbətə onun ailə üzləri, o cümlədən qızı, Əməkdar artist Fərqanə Qasımova da qoşulub. O, atasından ürəkdolusu danışıb. Söhbət zamanı məlum oldu ki, A.Qasımovun nəvəsi elə təzəlikcə tələbə adını qazanıb. 


Bundan başqa, baba Alimlə nəvə Alimin necə deyərlər, bir ağız duet oxuması da günü daha maraqlı edib. Daha bir məlumat ondan ibarətdir ki, sənətkarla qızı bu yaxınlarda konsert verməyi planlaşdırır.  


Demokrat.az layihənin ikinci qonağı ilə geniş və olduqca maraqlı müsahibəni təqdim edir:


 

Demokrat.az 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top