Bakının mərkəzində avtomobil mağazaya çırpıldı — FOTOLAR

HADİSƏ 26 sen 2020, 10:05

Bakıda avtomobil mağazaya çırpılıb. 


Oxu.Az-ın müxbiri hadisə yerindən xəbər verir ki, 28 may küçəsi və Azadlıq prospektinin kəsişməsində “Mersedes” və “Toyota Prius” markalı avtomobillər toqquşub. Nəticədə “Toyota Prius” avtomobilinin sürücüsü idarəetməni itirib və maşın mağazanın girişinə çırpılıb. 


Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəysə də, sürücülər xəsarət almayıb. 

 

 
 
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top