Yasamalda avtobus qadını vurdu

HADİSƏ 25 sen 2020, 23:10

Bakının Yasamal rayonunda avtobus qəza törədib.

 

APA xəbər verir ki, hadisə metronun "İnşaatçılar" stansiyasının yaxınlığında qeydə alınıb.

 

1976-cı il təvəllüdlü Həsənova Yasəmən Zeyqəm qızı piyadalar üçün müəyyən edilməmiş hissədə yolu keçərkən onu "Çinar Trans" MMC-nin müvəqqəti istismarında olan 165 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus vurub. Yaralı 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırlaşdığından özəl xəstəxanaların birinə köçürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top