Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film — VİDEO

SİYASƏT 25 sen 2020, 21:59

Dünyanın nüfuzlu televiziya kanalı  TRT WORLD Ermənistan-Azərbaycan münaqişəsinin insanların həyatına vurduğu ağır zərbələrdən bəhs edən daha bir sənədli film yayımlayıb. 

 

Demokrat.az xəbər verir ki, filmdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədovun keşməkeşli həyatı fonunda azərbaycanlı məcburi köçkünlərin üzləşdikləri məhrumiyyətlərdən, əzablardan danışılır.


Qeyd edək ki, Gülməmməd Məmmədov Laçın rayonundan məcburi köçkün düşüb. 14 yaşında ilk dəfə parta arxasında əyləşən Gülməmməd Məmmədov bütün çətinliklərə baxmayaraq təhsildə böyük uğurlar əldə edib. Bakı Dövlət Unversitetinin Fizka fakültəsinə daxil olan Gülməmməd Məmmədov təhsilini İtaliyada, daha sonra isə ABŞ-ın nüfuzlu Sirakuz Universitetində davam etdirərək, elmlər doktoru, professor dərəcəsinə yüksəlib.


İngilis dilli auditoriya üçün nəzərdə tutulan “Dağlar oğlu” sənədli filmdə Gülməmməd Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin ağır fəsadlara yol açdığını, insanların həyatında kədərli izlər buraxdığını bütün kontekslərdə izah edir.


Xatrladaq ki, filmin çəkilişləri Bakı şəhəri ilə yanaşı Ağcabədi və Daşkəsən rayonlarında məcburi köçkünlərin yaşadıqları ərazilərdə aparılıb.  /Modern.az       


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top