Koronavirusa yoluxmuş şagirdlərin sayı artır, siniflər bağlanır — VİDEO

HADİSƏ 25 sen 2020, 21:26

Bu gün ölkə üzrə 13 şagird, 7 məktəb heyəti koronavirusa yoluxub. Quba rayonunda 2 sinif lokal olaraq bağlanıb.


Bu barədə "Xəzər Xəbər"ə məlumat verən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, hazırda koronavirusa yoluxan bütün məktəblilərin vəziyyəti stabildir.


Rüstəm Ağayevin sözlərinə görə, şagirdlər virusa məktəb daxilində deyil, daha çox kənar yerlərdə yoluxurlar.


Yoluxma səbəbindən lokal olaraq bağlanan siniflərə gəlincə, qurum rəsmisi hazırda bunların sayının 9-a çatdığını deyib.


Qeyd edək ki, yeni tədris ili başlayandan bu günə qədər 144 şagird, 49 məktəb heyətində koronavirus aşkarlanıb.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


>

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top