Ramiz Mehdiyev AMEA-nın mühafizəsini məşhur “generala” tapşırdı — FOTOFAKT

HADİSƏ 25 sen 2020, 20:08

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.


Demokrat.az "Yeniavaz.com"a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Vətən-N Mühafizə Xidməti” MMC olub.


“Vətən-N Mühafizə Xidməti” MMC 6 ay ərzində AMEA Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA Mərkəzi Elmi Kitabxanası “Vətən-N Mühafizə Xidməti” MMC –yə 39 min manat ödəyəcək.


Məlumt üçün bildirək ki, “Vətən-N Mühafizə Xidməti” MMC yeni yaranıb. Rəsmi məlumatlara görə MMC 27.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Xəzər rayonu, Şüvələn ŞTQ, ev 921 K”-da yerləşən MMC-nin nizamnamə kapitalı 300 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğludur.


Qeyd edək ki, Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisidir. “Riyad Mühafizə Xidməti” MMC-nin rəsmi sosial şəbəkə hesabında Qasımov Etibar Ağahüseyn oğlunun general rütbəsi daşıdığı bildirilir.

No description available.

 

Onu da bildirək ki, mətbuatda Qasımov Etibar Ağahüseyn oğlunun eyni zamanda “Alov-Mühafizə” MMC-yə rəhbərlik etdiyi qeyd olunub.  2009-cü ildə təsis olunan “Alov-Mühafizə” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Alov-Mühafizə” MMC qalib olur.
Maraqlıdır ki, AMEA-nın keçirdiyi tender müsabiqəsində Qasımov Etibar Ağahüseyn oğlu Azərbaycanda onlarla, yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edən “Alov-Mühafizə” MMC, ya da 2009-cu ildən fəaliyyət göstərən “Riyad Mühafizə Xidməti” MMC ilə deyil, yeni yaranan  “Vətən-N Mühafizə Xidməti” MMC ilə iştirak edib.


Xatırladaq ki, bir qədər əvvəl AMEA Mərkəzi Elmi Kitabxanasının adı mətbuatda direktor müavini Elnur Eltürkün tutduğu vəzifədən uzaqlaşması ilə gündəmə gəlib. Bildirilir ki, Elnur Eltürkün işdən çıxmasına ötən ilin oktyabr ayından AMEA prezidenti vəzifəsini icra edən Ramiz Mehdiyevlə Milli Məclisin vitse-spikeri Adil Əliyev arasında yaşanan gərginlik səbəb olub. Belə ki, Elnur Eltürk Adil Əliyeva yaxınlığı ilə bilinən şəxsdir. Bir qədər əvvəl isə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova da vəzifəsindəb azad olunmuşdu. Leyla İmanova AMEA İqtisadiyyat İnstitutunun direktoru olan, həmçinin vaxtı ilə Azərbaycan Milli İstiqlal Partiyasını Milli Məclisdə təmsil edən sabiq millət vəkili Nazim İmanovun həyat yoldaşı və eyni zamanda da akademik Bəkir Nəbiyevin qızdır.


Məlumat üçün onu da qeyd edək ki, AMEA-nın İşlər İdarəsi mühafizə xidmətinin satın alınması məqsədilə bir həftə əvvəl kotirovka sorğusu elan edib. Kotirovka sorğusu barədə elanı “Xalq qəzeti”nin rəsmi veb-səhifəsinə 18.09.2020-ci il tarixində saat 00:18-də yerləşdirilib. Tender elanında kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlərin imzalanıb möhürlənmiş kotirovka təkliflərini 17 sentyabr 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etmələri qeyd olunub. Bildirilib ki, göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Maraqlıdır ki, 17.09.2020-ci il saat 12.00-da başa çatan müsabiqə elanı 18.09.2020-ci il  saat 00:18-də açıqlanıb.

No description available.

No description available.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top