"Rusiya bu adla Azərbaycana yenidən özünün hərbi bazasını qaytarmaq istəyir..."

SİYASƏT 25 sen 2020, 14:21

“Bu cür hiyləgər yanaşmayla əslində Ermənistan və onun indiki baş naziri vaxt qazanmağa çalışdı. Demək olar ki, ölkəsində ona qarşı olan qüvvələri kifayət qədər neytrallaşdırdı, mövqelərini nisbətən möhkəmləndirdi, lakin  buna baxmayaraq o artıq xalq tərəfindən ciddi etimadsızlıqla üz-üzədir, çünki vədd etdiklərinin heç birini yerinə yetirə bilmədi”


Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O, Paşinyanın Qarabağ məsələsində Azərbaycandan vaxt istəyərək mövqelərini gücləndirdiyini bildirib:


“Əslində Paşinyanın meydanlardan, küçələrdən Ermənistanda hakimiyyət başına gəldiyi dövrdə başqa bir müstəvidə erməni hiyləgərliyinin şahidi olduq. Ölkə prezidenti onun anatomiyasını ortaya qoydu və Paşinyan Düşəmbədə ölkə prezidenti ilə görüşdə zaman istədi. Bu zaman ərzində isə istəyirdi ki, özünün mövqelərini möhkəmləndirsin, Ermənistanda kifayət qədər dayaqlara malik olan Köçəryan, Sarkisyan klanını neytrallaşdıra bilsin və ondan sonda danışıqlar daha intensiv xarakter daşıyacaq və öz həllini tapacaq. Bu cür hiyləgər yanaşmayla əslində Ermənistan və onun indiki baş naziri vaxt qazanmağa çalışdı. Demək olar ki, ölkəsində ona qarşı olan qüvvələri kifayət qədər neytrallaşdırdı, mövqelərini nisbətən möhkəmləndirdi, lakin  buna baxmayaraq o artıq xalq tərəfindən ciddi etimadsızlıqla üz-üzədir, çünki vədd etdiklərinin heç birini yerinə yetirə bilmədi. Beləliklə, Paşinyan özünün danışıqlar yoluyla problemin həlli məsələsindən imtina edərək, danışıqların gedişini pozmaq üçün bütün addımlarını atdı. Xüsusi olaraq “Qarabağ Ermənsitandır” ifadəsini işlətməklə əslində danışqlara nöqtə qoydu. Daha sonra “Azərbaycan Ermənistanla deyil, separatçı rejimlə danışıqlar aparmalıdır” kimi əsası olmayan bəyanatla çıxış etdi. Bu azmış kimi onlar Şuşa şəhərində öz məkirli niyyətlərini həyata keçirmək üçün addımlar atdılar və bununla da bizim hissiyatımızla oyanamağa başladılar". 


Millət vəkili Ermənistanın  bunda sonra Tovuz istiqamətində təxribata cəhd etdiyini və ordumuz tərəfindən layiqli dərsini aldığını bildirib:


“Bununla kifayətlənməyən Paşinyan və onun  siyasi hakimiyyəti 2020-ci ilin iyul ayınd Tovuz istiqamətində əslində təxribatdan daha çox hücum əməliyyatlarını özündə əks etdirən əməliyyatlara başladı. Niyyətləri isə Tovuz istiqamətində neft və qaz kəmərlərini hədəfə almaq və beləliklə Azərbaycan üzərində üstünlük əldə etmək idi. Lakin dərslərini aldılar, Azərbaycan ordusu Ermənistana ciddi və sarsıdıcı zərbələr vurdu. Bununla kifayətlənməyən Paşinyan yenə müxtəlif istiqamətlərdə təxribatlarını davam etdirir. O, PUA-larını Azərbaybaycan Respublikasının ərazisinə göndərir, təkcə kəşfiyyatxarakterli deyil, eyni zamanda, ola bilsin ki, son PUA-nın özü bu və ya digər obyektə zərbə vurmaq məqsədi daşıyırdı və mən burda həmin PUA-nın Gəncəyə yönəldiyini istisna etmirəm. Bizim hava hücumundan müdafiə qüvvələrimiz vaxtında o PUA-nı məhv edə bildilər”. 


Millət vəkili ATƏT-in Minsk qrupunun bütün bu hadisələrə göz yummasını sərt tənqid edib:


“Bu və buna bənzər addımlar atan Ermənistan əslində uzun illərdən bəri gedən sülh danışıqlarına nöqtə qoydu və onun bu cür hərəkətləri işğal olmuş torpaqlarımızın azad edilməsi kimi bir missiyanı üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən susqunluqla qarşılandı və bu hələ də davam edir. Yəni Minsk qrupunun həmsədrlərinin mövqeyi Ermənistanın işğalçılıq siyasətini stimullaşdırır və Ermənistan tərəfindən statusun saxlanmasına xidmət edir”.


Millət vəkili ölkə başçısının çıxışı zamanı Ermənistanın məkirli siyasətini ifşa etdiyini bildirib:


“Bu baxımdan ölkə prezidenti nəhayət bütün məsələlərə Azərbaycan Televiziyasına vermiş olduğu müsahibədə aydınlıq gətirdi. Bununla yanaşı,  Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasının 75-ci sessiyasında etmiş olduğu çıxışında Ermənistanın məkirli, hiyləgər və Azərbaycanın nəinki işğal edilmiş torpaqlarını əlində saxlamaq, digər torpaqlarını da işğal etmək niyyətində olduğunu açıq şəkildə bəyan etdi. Haqlı olaraq ölkə prezidenti söylədi ki, Ermənistan və onun rəhbərliyi danışıqları tamamilə boykot edir. Bu Birləşmiş Millətlər Təşkilatının  qətnamələrini, ATƏT-in qəbul etmiş olduğu ciddi tarixi sənədləri, digər təşkilatların qərarlarını və ayrı-ayrı hallarda Minsk qrupunun Həmsədirlərinin təşəbbüslərinin üstündən xətt çəkdi”. 


Millət vəkili Azərbaycanın öz torpaqlarını işğaldan azad etməkdə israrlı olduğunu deyib:


“Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə israrlıdır və görünən də budur ki, ölkə prezidenti açıqlamalarında Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək üçün hərbi yoldan istifadə etməsinin zəruriliyini birmənalı olaraq açıq şəkildə bəyan etdi. Beləliklə biz artıq uzun illərdən bəri bu məkirli erməni cəmiyyətinin nəhayət dərsini verməliyik. Çünki bu erməni cəmiyyəti zəhərlənmiş, faşist düşüncələri ilə yaşayan bir cəmiyyətdir. Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq onlar nə vandallıqdan, nə faşizm düşüncələrindən, nə də Azərbaycanın işğal edilmiş torpaqlarından imtina etməyəcəklər. Ona görə də yeganə yol müharibə yoludur. Bizim kifayət qədər güclü potensialımız mövcuddur. Milli Ordumuz dünyanın əlli güclü ordusundan biridir, peşəkardır, vətənpərvərdir, yüksək döyüş əhval-ruhiyyəsiylə bu gün öz fəaliyyətini quran və Ali Baş Komandanın əmrini gözləyən bir ordudur. Xalqımızla ordumuzun birliyi, prezidentimizlə vəhdəti var. Cəmiyyət, ordu və prezident, bu üç fenomen bu gün  sıx birlikdədir. Ona görə də biz bu amildən istifadə edərək işğal olumuş torpaqlarımızı işğaldan azad etmək üçün silahlı qüvvələrimizin döyüş əməliyyatına başlamasını gözləyirik. Çünki artıq bundan o tərəfi yoxdur”. 


Millət vəkili ərazidə Rusiya sülhməramlılarının yerləşdirilməsinin yolverilməz olduğunu qeyd edib:


“Ola bilsin ki, 5-6 il öncə beş rayonun işğaldan azad edilməsiylə bağlı danışıqlara getmək olardı. Əgər Ermənistan işğal olunmuş torpaqlara dünyanın ayrı-ayrı yerlərindən erməniləri köçürürsə və bununla beynəlxalq hüquqa tüpürürsə və beynəlxalq təşkilatlar bununla bağlı Ermistana heç nə demirsə, digər tərəfdən işğal olunmuş torpaqlarımıza dünyanın ayrı-ayrı yerlərində kök salan erməni terrorçuları gətirilirsə və bununla bərabər PKK-da işğal olunmuş torpaqlarımıza gətirilirsə, deməli artıq müharibənin alternativi yoxdur. Ona görə də söhbət beş rayondan deyil, bütün işğal olunmuş torpaqlarımızın azad olunmasından gedir. Hər hansı beş rayonun işğaldan azad edilib, Rusiyanın düşündüyü kimi onun sülhməramlı qüvvələrinin orda yerləşdirilməsiylə qətiyyən razılaşmaq olmaz, çünki Rusiya bu adla Azərbaycana yenidən özünün hərbi bazasını qaytarmaq istəyir. Bununla həm də Rusiya Azərbaycanda itirmiş olduğu mövqelərini bərpa etmək istəyir. Ona görə də düşünürəm ki, ölkə prezidentinin vermiş olduğu bəyanatlar Azərbaycan xalqının iradəsini ifadə edir və əminəm ki, bu iradə yaxın zaman kəsiyində özünün son və ciddi sözünü deyəcəkdir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top