"Sürüşmənin dinamikasında ciddi dəyişiklik baş verməyib" - Nazirlik

GÜNDƏM 13 okt 2018, 21:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın apardığı müşahidələrin nəticəsi açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən Demokrat.Az-a bildiriblər ki, Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmənin dinamikasında ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib.

Sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir.

Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top