Azərbaycanlı repçi qəza zamanı sərxoş imiş

ŞOU-BİZNES 25 sen 2020, 15:10

Rusiyada qəza törədərək bir nəfər ağır olmaqla üç nəfəri yaralayan azərbaycanlı repçi Elleyin (Elmin Quliyev) vəkili açıqlama verib.


Demokrat.az xəbər verir ki, ifaçının hüquq müdafiəçisi Eldar Fazleyev 360 kanalına danışarkən müvəkkili və qarşı tərəfin sərxoş olduğunu bildirib. O, hadisənin Əməkdar artist Mixayıl Yefremovun işindən yüngül olduğunu vurğulayıb:


“Xoşbəxtlikdən yaralanan az olub və ölən yoxdur. Qanun baxımından bu iş Yefremovun günahkar olduğu işdən yüngül xarakterizə olunur. İki hadisə arasında bənzərlik var. Lakin bu qəzada hər iki tərəf sərxoş olub. Güman ki, Elley cəzalandırılacaq, lakin Yefremov qədər ağır olmayacaq.


Xatırladaq ki, 21 sentyabrda Elley idarə etdiyi “Infiniti” markalı avtomobillə “Mercedes”lə toqquşub və səkiyə çırpılıb. Hadisə zamanı 3 nəfər yaralanıb.(qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top