Nazirlik “Yelo Bank”ın rəhbərinə cərimə yazdı — MƏBLƏĞ

SOSİAL 25 sen 2020, 12:32

Nəsimi Rayon Məhkəməsində “Yelo Bank” İdarə Heyətinin sədri Nikoloz Shurqaianın inzibati qaydada cərimə edilməsi barədə protokola baxılacaq.


Nikoloz Shurqaiaya İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) cərimə yazılıb. Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilib.


Bu inzibati xətaya görə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.


Nikoloz Shurqaia 2016-cı ildən Nikoloz NIKOIL BANK-ın (hazırda “Yelo Bank”) idarə heyətinin sədridir. O, bank sektorunda 25 ildən artıq təcrübəsi olan beynəlxalq bankirdir. Nikoloz karyerasını 1994-cü ildə Gürcüstanın Eximbank-ında və sonra United Georgian Bank-da başlayıb. 2004–2005-ci illərdə Moskvada ABN AMRO bankının Enerqetika departamentində işləyib və 2005-ci ildə Londona qayıdaraq AYİB-in Maliyyə Qurumları qrupuna bankçı kimi qoşulub. 2008–2009-cu illərdə Nikoloz VTB Bank-da (Gürcüstan) İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2009–2011-ci illərdə Belarusiyanın “Narodni Bank”ında İdarə Heyətinin icraçı-sədri və Gürcüstan Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2012-ci ildə Nikoloz Azərbaycana gəlir və Rabitabank-a İdarə Heyətinin sədri təyin olunur. Həmçinin Nikoloz Gürcüstan Fond Birjasının Müşahidə Şurasının üzvüdür. Daha əvvəl Nikoloz Belarusiyanın, Gürcüstanın, Qazaxıstanın və Ukraynanın bir sıra banklarında Müşahidə Şurasının üzvü olub.(kazus.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top