Sumqayıtda əxlaqsızlıq yuvasında polis reydi — VİDEO

HADİSƏ 25 sen 2020, 11:57

Sumqayıtda yerləşən kafelərdən birində karantin qaydaları pozulduğu üçün polis tərəfindən əməliyyat keçirilib.


Bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər. Hadisə şahidləri bildiriblər ki, reyd zamanı kafedə intim xidmətlər göstərən qızlar da aşkarlanıb və saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə kafedə polis tərəfindən reyd keçirildiyi təsdiqlənib. 


“Saat 12-dən sonra fəaliyyət göstərdiyi üçün karantin qaydalarının pozulması barədə məlumat daxil olub. Reyd keçirilib.


Reyd zamanı müştərilər və kafe sahibi barəsində inzibati protokol tərtib edilib”, - nazirliyin məlumatında bildirilib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top