ABŞ-da 17 ildən sonra ilk dəfə afroamerikalı edam edildi

DÜNYA 25 sen 2020, 09:51

ABŞ-da 17 ildən sonra ilk dəfə federal səviyyədə mühakimə olunan qara dərili cinayətkar barəsində  edam hökmü verilib.


“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.


1999-cu ildə iki nəfərin qətlində təqsirli bilinən Kristofer Vialvaya verilən hökm Terre-Hot (İndiana ştatı - Red) şəhərindəki həbsxanada icra edilib. Müttəhimi müdafiə edən vəkil bildirib ki, hakimin qərarına irqçilik təsir edib.


Son dəfə ABŞ-da federal səviyyədə edam hökmü 2003-cü ildə verilib. O vaxtdan bəri, ölümcül iynələrin istifadəsi qaydalarının razılaşdırılmaması səbəbindən bir növ qeyri-rəsmi moratorium mövcud idi.


Nəşr qeyd edib ki, ölkədə ölüm hökmü son illərdə dövlət səviyyəsində davam edir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top