Nərimanovda iaşə obyekti yandı — müştərilər təxliyyə edildi (FOTO)

HADİSƏ 24 sen 2020, 23:45

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

 

APA xəbər verir ki, hadisə Təbriz küçəsində yerləşən “PUB”- da qeydə alınıb.

 

Belə ki, obyekt sahibi Aqşin Kərimlinin verdiyi məlumata görə, yanğına səbəb mətbəxdə yerləşən məişət avadanlığında baş verən qısaqapanma olub.

 

Nəticədə içəridə yanğın başlayıb. Müştərilər dərhal təxliyə edilib. 

 

Əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin əməkdaşları cəlb edilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top