Təbriz küçəsindəki yanğın maşınların hərəkətində çətinliklər yaratdı

HADİSƏ 24 sen 2020, 22:39

“Bir az əvvəl Təbriz küçəsində iaşə obyektində yanğın baş verib. Yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb”.


Demokrat.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.


Onun sözlərinə görə, bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top