Deputatdan Baş nazirin fikirlərinə REAKSİYA

İQTİSADİYYAT 24 sen 2020, 18:55

Deputat Vüqar Bayramov Nazirlər Kabinetinin son iclasında Baş nazir Əli Əsədovun büdcə təşkilatlarının izafi xərclərə yer ayırması ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib. 


Demokrat.az-ın xəbərinə görə, millət vəkili büdcə vəsaitlərinin xərclənməsində səmərəlilik və şəffaflığın artırılmalı olduğunu vurğulayıb:


"Bizim apardığımız monitorinq və təhlillər də göstərir ki, büdcə vəsaitlərinin xərclənməsində səmərəlilik və şəffaflığın artırılmasına ehtiyac var. Xüsusən də, dövlət satınalmalarında və tenderlərdə şəffaflığın artırılması ilə bağlı işlər sürətləndirilməlidir. Doğrudur, İqtisadiyyat Nazirliyi son aylar bu sahədə sistemli fəaliyyət həyata keçirməyi hədəfləyir. Bununla yanaşı, dövlət satınalmalarında həm qanunverici bazanın, həm də praktik mexanizmlərin təkmilləşdirilməsi məqsədəuyğundur. 


Dövlət büdcəsi vəsaitinin hesabına təşkil edilən tenderlərdə şəffaflığın tam təmin olunması büdcə pullarının səmərəli xərclənməsi baxımdan vacibdir. Bəzi dövlət qurumları hələ də bir mənbədən satınalmaya, yəni tendersiz alqı-satqıya üstünlük verirlər. Tendersiz satınalmalar dövlət vəsaitinin şəffaf xərclənməsinə kifayət qədər şübhələr yaradır. Eyni zamanda, büdcə nəzarətinin də gücləndirilməsinə ehtiyac var. 


Bütövlükdə, istər pandemiyanın davam edən aylarında, istərsə də post-pandemiya dövründə büdcə xərclərinin səmərəliliyinin və şəffaflığının artırılması və eləcə də xərcləmələrin optimallaşdırılması prioritetliyini qoruyub saxlamalıdır".

 

Xatırladaq ki, Baş nazir bildirib ki, bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top