"Xaricdə Azərbaycan üçün savaşmaq istəyən minlərlə insan var" — Politoloq

SOSİAL 24 sen 2020, 19:21

“Ermənistan müxtəlif ölkələrin terrorçularını, o cümlədən ASALA və PKK-ya bağlı erməni batalyonlarını Dağlıq Qarabağa toplayır”. 


Demokrat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, son məlumatlara görə, terrorçu YPG-nin nəzarətində olan və təxmini sayı 750 nəfərdən ibarət olan “Nübar Ozanyan” erməni əsilli suriyalılar artıq Dağlıq Qarabağda yerləşiblər:


“Belə olan halda bizə nə mane olur ki, türk legionu formalaşdırmayaq? Ordumuzla paralel türkdilli, o cümlədən dost dövlətlərdən Azərbaycan üçün savaşmaq istəyən minlərlə insan toplamaq olar. Qərb dövlətlərində də bu praktika var. Orduları da var, legionları və müqavilə əsasında çalışan hərbiləşdirilmiş şirkətlərlə əməkdaşlıqları da mövcuddur. Legionlarında müqavilə əsasında müxtəlif dövlətlərin vətəndaşları xidmət edir və yüksək maaş müqabilində ən çətin tapşırıqları yerinə yetirirlər. Bunu biz də edə bilərik. Bunun həm də geosiyası əhəmiyyəti var, Azərbaycanın tək olmadığını göstərərik”. /Yenisabah.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top