UNEC-in professoruna Prezidentin fərdi təqaüdü verildi

SOSİAL 24 sen 2020, 17:00

Prezident İlham Əliyev Əli Pənah oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 


Demokrat.az xəbər verir ki, ona fərdi təqaüd Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə ayrılıb.
 

Qeyd edək ki, Ə.Həsənov 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub.


1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962-1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilmişdir.


1962-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) «Sənaye malları əmtəəşünaslığı» kafedrasının assistenti olmuşdur.


1966-1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Sənaye malları əmtəəşünaslığı» kafedrasının dosenti;
1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru;
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru;
2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsinin dekanı vəzifələrində işləyib.


2011-ci ildən “Qeyri-ərzaq malları əmtəəşünaslığı” kafedrasının müdiri olub.


Hazırda UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiridir.


150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.


Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə də təltif olunub.


Ailəlidir, üç övladı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top