ŞAD XƏBƏR: Azərbaycanda bu tarixdə bütün müəssisələr açılacaq

SOSİAL 24 sen 2020, 15:55

8 aydır ki, Azərbaycanda pandemiyaya görə karantin rejimi tədbiq edilir. Bu gün bir çoxlarını maraqlandıran məsələ karantin rejiminə görə bağlanılan bütün müəssisələrin nə zaman fəaliyyətə başlayacağıdır. Azərbaycanda karantin rejimi nə zaman bitəcək?


Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, həftəsonu nəqliyyatın fəaliyyət göstərməməsi heç nə ilə əsaslanmır:


"Adi günlərdə ictimai nəqliyyatın fəaliyyəti heç də ürəkaçan deyil. Diqqət etsəniz, görərsiniz ki, sərnişinlər maska taxmır, sürücü isə burnunda saxlayır. Avtobuslarda karantin qaydaları gözlənilmir. Bir xəstənin olması yetərlidir ki, orada xəstəliyi yaysın. Adi günlərdə ictimai nəqliyyat normal işləyir ki, şənbə-bazar günləri qadağa qoyulur?! Mən hesab edirəm ki, həftəsonu ictimai nəqliyyat işləməlidir. Bu qadağalardan canımızı qurtarmağın vaxtıdır! Payızdan sonra biz bu bəladan və qadağalardan canımızı qurtara bilərik. Çünki təbii virusun bir ildən çox ömrü yoxdur. Əgər bir ildən çox çəkirsə, deməli laboratoriyada hazırlanan xüsusi virusdur".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top