Gürcüstan XİN başçısı Ermənistanın təxribatlarına münasibət bildirdi

SİYASƏT 24 sen 2020, 13:55

"Gürcüstan Azərbaycanın Ermənistanla dövlət sərhədində baş verən son gərginliklərlə bağlı narahatlığını bölüşür".


“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.


Onun sözlərinə görə, vəziyyətin deeskalasiyası üçün irəli addımlar atılmalıdır: "Gərginliyin aradan qaldırılması prosesinə beynəlxalq ictimaiyyət fəal şəkildə cəlb olunmalıdır". 


D.Zalkaliani deyib ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.


Ceyhun Bayramov da öz növbəsində bildirib ki, Azərbaycan hər zaman Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə birmənalı və qəti şəkildə dəstəyini ifadə edir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top