Azərbaycanın keçmiş polis məmurunun oğlu "qız alveri" edir - ŞOK İDDİA - VİDEO

ŞOU-BİZNES 13 okt 2018, 14:50

Hacıyev Elçin Elşad oğlu adlı gəncin 1 ildir Dubayda yoxa çıxmasında əsas şübhəlilərdən biri, illərdir onunla BƏƏ-də dostluq edən Teymur adlı dostu göstərilir.

Bu barədə "Səni axtarıram"da Elçinin anası Xanım ana bildirib.

Proqrama çıxmaqdan imtina edən və Elçinin yoxa çıxmasından sonra Bakıda təcili əməliyyat olunun Teymur bütün şübhələri üzərinə çəkib. 

Bununla bağlı Elçinin anası sözügedən proqramda Azərbaycan Hüquq mühafizə orqanları və aidiyyatı qurumları idarə edən nazirlərdən oğlunun cinayətinin üstünün açılması üçün gözyaşı içində kömək istəyib.

Aparıcı Xoşqədəm Hidayətqızı isə Teymurun atasının vaxtı ilə hansı vəzifədə çalışdığı barədə etdiyi açıqlama ilə hər kəsi təəccübləndirib. Aparıcı, atasının Hüquq mühafizə orqanlarının keçmiş yüksək vəzifəli məmuru olduğu deyilən Teymurun Dubayda "qız alveri", qanunsuz nakotik ticarəti, fırıldaqçılıq kimi çirkin əməllərdə adının hallandığını qeyd edib.

Qeyd edək ki, Xoşqədəm Teymurun atasının adını gizli saxlayıb. (Milli.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top