MMP sədri döyüş bölgəsində oldu

SOSİAL 24 sen 2020, 09:39

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev dünən cəbhə bölgəsində olub.


Partiya sədri Versus.Az-a açıqlamasında bildirib ki, rayon təşkilatlarının sədrləri ilə baş tutan görüşlər ruh yüksəkliyi ilə keçib.


H.Hacıyev MMP-nin Qazax, Tovuz, Ağstafa, Şəmkir rayon təşkilatının zabit heyətinin səfərbərliklə bağlı qeydiyyata alınması məsələsi ilə yaxından tanış olub:


“Bizim partiyanın çoxlu sayda ehtiyatda olan zabitləri var. Partiya üzvlərimiz, zabitlərimizlə görüşüb söhbətlər apardıq. Hər an ordunun yanındayıq, hər an səngərdə vuruşmağa hazırıq. Mən də partiya sədri kimi zabitlərimizlə birlikdə olduğumu bildirdim. Hər bir zabitimiz Vətən uğrunda döyüşə, vətənin müdafiəsinə qalxamağa hazır olduqlarını deyirlər”.

 
H.Hacıyev ordumuzda böyük ruh yüksəkliyinin olduğunu və Ali Baş Komandanın əmrinin gözlənildiyini dedi.


Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top