Millət vəkili: "Mənasız danışıqları uzatmağa ehtiyac yoxdur"

GÜNDƏM 23 sen 2020, 15:03

“Ermənistanın BMT-nin dörd qətnaməsini bu günə qədər yerinə yetirməməsi, dünyanın ən ali beynəlxalq qurumunu ciddiyə almadığını göstərir. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çıxışında bütün bunları bir daha vurğuladı”.  


Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində videoformatda çıxışı zaman səsləndirdiyi fikirləri şərh edərkən deyib. O, Azərbaycan prezidentinin Qarabağ məsələsində güzəştə getməyəcəyini BMT-dəki çıxışında qeyd etdiyini bildirdi:


“Ölkə başçısı BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində videoformatda çıxışı zamanı bir sıra məsələlərlə bağlı fikirlər səsləndirdi. Lakin çıxışında ən önəmli məqam prezidentin Qarabağla bağlı ortaya qoyduğu mövqey idi. Prezidentin BMT Baş Assambleyasının iclasında bu mövqeyi ortaya qoyması, olduqca əhəmiyyətli bir hadisə idi. Həmçinin, ölkə başsı Ermənistanın BMT-nin dörd qətnaməsini bu günə qədər yerinə yetirmədiyini bir daha diqqətə çatdırdı. Prezidentin bütün bunları MBT-nin iclasında səsləndirməsinin əsas məqsədi müharibə başlayacağı təqdirdə bunun məsuliyyətinin Ermənistanın, onu himayə edənlərin və ATƏT-in Minsk qrupunun üzərinə düşəcəyini bildirmək idi. Ölkə başçısı da bunu BMT-də hər kəsin diqqətinə çatdırdı”.


Millət vəkili Ermənistanın bu günə qədər cazasız qaldığını bildirib:


“Ermənistan illərdir törətdiyi cinayyətlərin, təxribatların cəzasını hələ də çəkməyib. Cinayətkar cəzasız qaldıqda, o, daha da şirinikləşir. Məhz bunun nəticəsidir ki, Ermənistanın hərbi rəhbərliyi yeni ərazi iddaları ilə çıxış edir, ard-arda Azərbaycana qarşı həm cəbhə xəttindən, həm də dövlət sərhədi istiqamətindən təxribatlar həyata keçirir. Əlbəttə ki, bu, çox uzun çəkməyəcək”.


E. Nəsirov Ermənistanla danışıqların mənasız yerə uzandığını bildirib:


“Ermənistanın son törətdiyi təxribatları, Livanda, Suriyada olan erməniləri işğal altında olan ərazilərə yerləşdirməsi, PKK-ya məxsus terrorçuları vətəndaş adı altında Qarabağa gətirməsi və s. onu göstərir ki, düşmən tərəfinin işğal altında olan əraziləri sülh yolu ilə qaytarmaq niyyətində deyil, hətta ciddi şəkildə müharibəyə hazırlaşır. Xüsusilə, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır”,  “Azərbaycanın danışıqları Dağlıq Qarabağ Respublikası (qondarma rejim)” ilə aparmalıdır” sözləri rəsmi İrəvanın danışıqlara getməyəcəyini göstərir. 30 ildir danışıqlar gedir, bundan sonra da 100 il  belə nəticəsiz danışıqlar gedə bilər. Bu, sadəcə Ermənistana sərf edir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top