Üç qızına illərlə təcavüz edən ataya hökm oxundu

DÜNYA 23 sen 2020, 14:54

Rusiyanın Altay diyarında üç qızına illərlə təcavüz edən ataya hökm oxunub.


Bu barədə Lenta.ru xəbər yayıb.


Məlumata görə, istintaq Kamenski rayonunun 38 yaşlı sakininin 2016-2020-ci illərdə 9, 10 və 15 yaşlı qızlarına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini müəyyənləşdirib. Ümumilikdə, 11 cinayət epizodu sübut olunub.


Cinayətkar hadisə ilə əlaqədar 18 il müddətinə azadlıqdan məhrum edilib.


Ona, həmçinin, iki il müddətinə azadlığın məhdudlaşdırılması şəklində əlavə cəza verilib.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top