Nemət Pənahlı həbs olundu

SOSİAL 13 okt 2018, 10:25

Milli azadlıq hərəkatının tanınmış adlarından biri olan Nemət Pənahlı həbs olunub.

Bu barədə jurnalist Əvəz Zeynallı sosial şəbəkə hesabında məlumat yayıb. 

Onun yazdığına görə, Nəsimi rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası verilib və Binəqədi müvəqqəti təcridxanasına göndərilib.

Nemət Pənahlı İXM-nin 535-ci maddəsinə (Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə həbs olununduğu bildirilir. (Baku.ws)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top