Ermənilər Rusiyaya getmək tələbi ilə aclıq aksiyasına başladılar — VİDEO

DÜNYA 23 sen 2020, 00:14

Rusiyaya getməyi tələb edən bir qrup Ermənistan vətəndaşı Yerevanda hökumət binası qarşısında aclıq aksiyasına başladıqlarını elan ediblər.


Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.     


Etirazçılar danışıqlar aparmağı və Rusiya ilə sərhədin açılmasına nail olmağı tələb edirlər.


Ermənistan mətbuatı qeyd edib ki, son həftələr vətəndaşlar parlament və hökumətin binaları qarşısında tez-tez etiraz aksiyaları keçirirlər, ancaq onların problemi hələ həll olunmamış qalır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top