Bakıda qəzada sürücü zərbənin təsirindən yol kənarına düşərək öldü — FOTO

HADİSƏ 22 sen 2020, 23:14

Bakının Sabunçu rayonu ərazisində şəhər istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil digər minik maşınına dəydikdən sonra hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə, daha sonra isə yol kənarında olan dəmir arakəsmələrə çırpılıb.


APA xəbər verir ki, nəticədə “Mercedes” markalı avtomobildə olan sürücü, avtomobildən çıxaraq bir neçə metr kənara düşüb və hadisə yerində dünyasını dəyişib. Avtomobilin sərnişinləri isə yüngül bədən xəsarətləri alıb.


“KamAZ”  markalı yük avtomibilinin və digər minik maşının sürücüləri xəsarət almayıb.


Hadisə yerinə polis və Təcili Tibbi Yardım əməkdaşları gəlib.


Yolda qısa müddətlik tıxac yaranıb.


Hadisənin dəqiq səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top