Energetika Nazirliyinə yeni səlahiyyət verildi

İQTİSADİYYAT 22 sen 2020, 19:15

“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli sərəncamında dəyişiklik edilib.


Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.


Sərəncama əsasən, Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Energetika Nazirliyi müəyyən edilib.


Dəyişiklikdən əvvəl Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top