Şəhid polkovnikin oğlu: “Hərbi təlimlərdə iştirak etməyə hazıram”

SOSİAL 22 sen 2020, 17:11

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçirdiyi təlimlər çox gözəl addımdır”.


Bunu Trend-ə açıqlamasında şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib.


Onun sözlərinə görə, bu təlimlərdə iştirak etmək hər bir vətəndaşın borcudur:


“Bu, planlı təlimdir. Ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə cəlb olunur və hərbiyə aid bilikləri təkmilləşdirilir. Bu da öz növbəsində çox gözəl addımdır və əlbəttə çağırılsaq, hər bir Azərbaycan gənci kimi, vətənpərvər vətəndaş kimi borcumuzdur ki, belə bir təlimlərdə iştirak edək. Hər zaman hazırıq və hər zaman hazıram. Sadəcə əmr gözləyirik və səbr edirik”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top