Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir

SOSİAL 22 sen 2020, 17:15

"Ukrayna Beynəlxalq Hava Yolları" (MAU) şirkəti Kiyev-Bakı-Kiyev marşrutu üzrə aviabet satışına başlayıb.


Demokrat.az xəbər verir ki, ilk avireysin oktyabrın 4-də həyata keçirilməsi nəzərdə tutulub.  


Birtərəfli biletin qiyməti baqajsız 214 manat, baqajla isə 256 manat təşkil edir. 


Bununla belə, aviaşirkətin Bakıdakı nümayəndəliyindən "Report"a bildirilib ki, uçuşlarla bağlı yekun qərar hələ ki yoxdur. Bu qərarın bir neçə gündən sonra qəbul ediləcəyi gözlənilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top