Bakıda ətrafı çirkləndirən məşhur şirkət cərimə olundu — ÖZƏL

HADİSƏ 22 sen 2020, 11:55

“BUE Caspian” LTD şirkəti cərimə olunması üçün Səbail rayon Məhkəməsinə müraciət olunub.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə müraciət edilib.


İddia olunub ki, “BUE Caspian” LTD tərəfindən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olub, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatı aparılmayıb, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi aşkar edilib.

 

Açıklama yok.


Göstərilənləri nəzərə alaraq “BUE Caspian” LTD barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş edilib.


Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan iclasda iddia təmin olunub.


“BUE Caspian” LTD 12 min 500 manat cərinə olunması barədə qərar qəbul edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top