Bakıda ayıq sürücü qəza törətdi

HADİSƏ 22 sen 2020, 09:49

Bakının Nərimanov rayonunda avtomobil aşıb.


Demokrat.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.


Ayıq sürücü kimi fəaliyyət göstərən Seymur Ağayev idarə etdiyi "Chery" markalı avtomobillə hərəkət edərkən Ziya Bünyadov prospektində sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi aşaraq körpüdəki yolayırıcı betona çırpılıb. Sürücü yüngül bədən xəsarətləri alıb.


Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top