Silvestr Stallonenin anası dünyasını dəyişdi

ŞOU-BİZNES 22 sen 2020, 08:30

Amerikalı aktyor Silvestr Stallonenin anası Jaklin Stallone 98 yaşında dünyasını dəyişib. 


“Qafqazinfo” bildirir ki, bu barədə “TMZ” xəbər verib.


Nəşrin yazdığına görə, aktyorun anası naməlum səbəblərdən vəfat edib.


Missis Stallone məşhur amerikalı ictimai xadim, astroloq və aktrisa idi. Həyatda ikən çox sayda əməliyyat keçirmişdi. 


Jaklin Stallone üç övlad anası idi (aktyor Silvestr Stallone, musiqiçi və müğənni Frenk Stallone və aktrisa Toni D`Alto).

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top