"Müharibə tək Paşinyanın deyil, ümumilikdə Ermənistanın sonu olacaq" — Deputat

SİYASƏT 21 sen 2020, 22:12

Xəbər verdiyimiz kimi, erməni ordusu Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribata əl atıb. Nəticədə Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Əli oğlu Məmmədov şəhid olub.


Demokrat.az xəbər verir ki, deputat Bəhruz Məhərrəmov bildirib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində proseslər tam formada dayanıb:


“Ermənistanın işğalçı və təcavüzkar bir ölkə kimi beynəlxalq səviyyədə tanınmasına baxmayaraq bu ləkəni alnından silmək əvəzinə hərbi ritorikaya üstünlük verir. Ermənilərə də bu cəsarəti kimlərin verdiyi aydındır. Əgər işğalçı sülh istəmirsə, Beynəlxalq hüququ tapdalayırsa, biz niyə danışıqları davam etdirməkdə israrlı olmalıyıq ki? Bizim təktərəfli olaraq beynəlxlaq hüquqa riayət etmək kimi bir öhdəliyimiz yoxdur. Beynəlxlaq hüquqa hörmətimiz var, qaydalarını qəbul edirik, əməl etmişik, bundan sonra etməyə də hazırıq, lakin bir şərtlə ki, qarşımızdakı da bu qaydalara uyğun davransın. Cənab Prezident son müsahibəsində bununla bağlı kifayət qədər aydın formada mövqeyini ortaya qoydu”.


Milli Məclisin üzvü qeyd edib ki, peşəkar diplomat və beynəlxalq münasibətlər üzrə alim kimi cənab İlham Əliyev ölkənin və bölgənin geosiyasi mövqeyi, diplomatiya və tarixi kontekstində olduqca aydın və geniş viziona sahibidir:


“Onun bəyanatları arxasında birmənalı olaraq həmişə real fikir, ciddi nəzəri təhlili əsaslar dayanır. Cənab İlham Əliyev çox ciddi arqumentlərə əsaslanaraq bildirir ki, Azərbaycan artıq beynəlxalq hüququ bir kənara qoymaq məcburiyyətində qalacaq. Mən də eyni qənaəti istisnasız bölüşürəm ki, təcavüzə məruz qala-qala ermənilərin qaydaları ilə oynamamalıyıq. Bu təhlükəli nüansdır, lakin təhlükənin səbəbini bizdə yox, Ermənistanın “kukla”, marionet hakimiyyətində axtarmaq lazımdır. Bilirsiniz, dünəndən cəbhədə bəziyyət yenidən gərgindir, şəhidimiz var. Vəziyyət yeni müharibə ehtimalından xəbər verir. Üstəlik təhlil edəndə tam mənada aydın olur ki, bölgədə sülh və stabillik imkanları məhz Ermənistan və ona silah göndərən dövlətlərin sayəsində itirilib. Açığı vəziyyət xoşagələn olmasa da bizim vəziyyətin kritikləşməsində heç bir məsuliyyətimiz və üstəlik narahatlığımız yoxdur. Məhv ediləcək minlərlə erməni hərbçiyə görə Paşinyan məsuliyyət daşıyacaq. Bir daha deyirəm, biz narahat deyilik, buna əsas yoxdur, ordumuz, döyüş ruhumuz, demoqrafik və maddi texniki təminat sahəsində, habelə silahlanmada üstünlüyümüz mübahisəsizdir. Qoy erməni xalqı narahat olsun, erməni hakimiyyəti qorxsun. Bu dəfə onları nə hər hansı bir dövlət, nə də Sorosun inqilablar adı altında qana bulaşmış əli xilas edə bilməyəcək. Açıq deyirəm, müharibə tək Paşinyanın deyil, ümumilikdə Ermənistanın sonu olacaq. İrəvanın havadarları isə nəinki Cənubi, ümumilikdə bütün Qafqazda və yaxın coğrafiyada mövqelərini tam formada itirəcək”.  /Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top