Baş nazirdən XİN-lə bağlı QƏRAR

SİYASƏT 21 sen 2020, 20:28

Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli qərarda dəyişiklik edib. 


Demokrat.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 


Qərara əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:


Kollegiyanın sədri


Azərbaycan Respublikasının Xarici İşlər naziri


Kollegiyanın üzvləri: 


Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavinləri


“ADA” Universitetinin rektoru


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top