Milli Şura və AXCP-dən növbəti şou: Əli Kərimlinin saxtakarlığı ifşa edilir — VİDEO

HADİSƏ 21 sen 2020, 18:19

Milli Şura - AXCP şousu davam edir. Bu dəfə şəxsən Əli Kərimlinin diktatorluğu, riyakarlığı və saxtakarlığı ifşa olunur.


1995-ci ildən AXCP-nin üzvü, 2015-ci ildən isə keçirilən qurultaydan sonra partiyanın Nəzarət Təftiş Komissiyasının sədri seçilən Aydın Əliyev haqq sözünü dediyi üçün sıxışdırılıb və heç bir rəsmiyyət olmadan sözlə vəzifəsindən qovulub.


Aydın Əliyev haqqını tələb eləməyə başlayanda isə Əli Kərimli əl-ayağa düşüb. Tez-bazar partiyanın digər üzvü İradə Nərimana guya Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta protokol və digər sənədlər hazırlamasını tapşırır.


Kərimli və ətrafının çürük demokratiya anlayışları, saxtakarlıqları və ikiüzlülükləri bundan ibarətdir! Dinləyin, özünüz şoka düşəcəksiniz.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top