"Bu gün minimum tələblərə cavab verən müasir avtobuslara həsrətik...” - Ekspert

GÜNDƏM 12 okt 2018, 15:22
 
Britaniyanın Sautqempton şəhərində qeyri-adi avtobus istifadəyə verilib. Sautqempton Britaniyanın ən çirkləndirilmiş şəhərlərindən biri hesab olunur. Buna görə də “GO-Ahead” nəqliyyat şirkəti bunu bir qədər düzəltmək üçün avtobusları xüsusi filtrlə təchiz ediblər. Nəqliyyat vasitəsinin üzərinə quraşdırılan qurğu çirkləndirilmiş havanı yenidən emal edir və onu təmizlənmiş halda geri buraxır.
 
Bəs gələcəkdə bu cür hava filtrlərinin bizim avtobuslara da quraşdırılması mümkün ola bilərmi?
 
Moderator.az-ın sualını cavablandıran hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, bunun üçün bizim yeni avtobuslara ehtiyacımız var:
 
“Belə texnologiya çoxdan var və bu minik avtomobillərində də təchiz olunub. Bu filtrlər havada çirkli olan bütün maddələri təmizləyə bilmir, əsasan həddindən artıq çirkli havanı təmizləyirlər. Belə filtrlər qısamüddətli çirkli hava olan yerləri keçib getmək üçündür. Həm avtobusların qiyməti, həm də bu texnologiyalar çox bahadır. Bu gün Bakıda və bölgələrimizdə ən bəsit normal avtobuslara həsrətik. Minimum tələblərə cavab verən müasir avtobuslar yoxdur. Bundan başqa ən son texnologiyalarla təchiz olunmuş avtobusların Azərbaycana yaxın gələcəkdə gətirilməsi hələ real deyil. Bunun üçün çox vəsait lazımdır və fərdi sahibkarlar isə buna heç yaxın gedə bilməzlər. Dövlətin məqsədi isə odur ki, orta statistik tələblərə cavab verən avtobuslar alsın”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top