Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR — RƏSMİ

SOSİAL 21 sen 2020, 14:06

“Kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur”.


Demokrat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov bildirib.


A.Məcidovun sözlərinə görə, kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq, pensiyaya çıxma imkanı əldə edə biləcəklər”.


Qadınların pensiya yaşı ilə bağlı danışan DSMF rəsmisi bildirib ki, 30 iyun 2021-ci ilə kimi qadınlar üçün pensiya çıxma yaşı 62 olacaq. Ondan sonra isə pensiya üçün yaş həddi altı ay artırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top