Namiq Abdullayev millimizin baş məşqçisi oldu

İDMAN 21 sen 2020, 13:58

Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar gerçəkləşib.


"Report"un məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev keçirdiyi mətbuat konfransında açıqlama verib.


Federasiya rəsmisi bildirib ki, Oyan Nəzəriani çimərlik güləşi üzrə milli komandanın baş məşqçi sükanı arxasına gətirilib. 


Olimpiya çempionu Namiq Abdullayev isə sərbəst güləş üzrə milliyə baş məşqçi təyin olunub. O, yeni vəzifədə Zəlimxan Hüseynovu əvəzləyib.


N. Əliyev sərbəst güləş yığmasının bir çox üzvünün Dağıstanda qaldığını və Azərbaycana gələ bilmədiyini söyləyib. O, Abdullayevin bu müddətdə Azərbaycanda qalan yerli idmançılarla hazırlıq keçdiyini xatırladıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top