Vahid Əhmədov seçiciləri ilə görüşdü — FOTOLAR

SOSİAL 21 sen 2020, 13:28

Millət  vəkili  Vahid  Əhmədov  deputat  seçildiyi  Quba  rayonunda  karantin  tələblərinin  şərtləri  nəzərə  alınmaqla  bir  sıra  tədbirlərdə  iştirak  edib  və  seçiciləri  ilə  görüşərək  onları  qəbul  edib.


Demokrat.az xəbər verir ki, əsas  məqsəd bu il keçirilən  parlament  seçkiləri zamanı əhali tərəfindən  deputat  qarşısında qaldırılan  məsələlər  və  onların həlli  istiqamətində  atılmış  addımlar  olub. Bu  baxımdan  Qubanın  bir  sıra  kəndlərində  içməli  suya  olan  tələbatın  ödənilməməsi  və  əhalinin  bu sarıdan  əziyyət  çəkdiyi  ən  aktual  məsələlərdən  biridir. 


Deputatın  təşəbbüsü  və  maliyyə  dəstəyi  ilə  rayonun  Gədikqışlaq, Küsnətqazma, Küpçal kəndlərinə  suyun  çəkilməsi  işləri  tamamlanıb  və  millət  vəkilinin  iştirakı  ilə  açılış  keçirilib. Ümumilikdə  14 kilometr  su  xətti  çəkilib, 5 su anbarı tikilərək  əhalinin  istifadəsinə  verilib.


Hazırda  Cimi  kəndinə  9 kilometr  məsafədən  suyun  çəkilişi  istiqamətində  işlər  davam  edir. Millət  vəkilinin  yardımı  ilə   Qubanın  Qəçrəş  kəndində  məscid  binasında  aparılan  təmir-tikinti işləri   ilə  yerində  tanış  olan  deputat, iş  prosesində  yaranan  problemlərin  həllində  gələcəkdə də  köməklik  göstərəcəyinə  söz  verib. Zizik  kəndinin  dindarlarının  xahişi  ilə  kənd  məscidində  də  yenidənqurma  işlərinə  dəstək  verən  millət  vəkili  kənddə olub, bir qrup  əhali  ilə  görüş  keçirib.


Seçicilərinin  müraciəti  nəzərə  alınaraq  deputatın Quba  şəhərində  yerləşən  ofisində  qəbul  keçirilib. Ümumilikdə  54 seçici  deputat  tərəfindən  karantin  qaydalarına  uyğun  olaraq  təkbətək qəbul  edilib. Əhalini  narahat  edən  bir  çox  məsələlər - sosial  problemlərinin  həlli, mənzillərinin  təmiri  və  inşaat  materiallarının  verilməsi, işədüzəlmə, yeni  torpaq  sahələrinin  paylanması, ailə  məişət  məsələlərinin  həllinə  köməklik, maddi  yardımların  olunması  və  sair  bu  kimi  məsələlər  qəbul  zamanı  qaldırılıb. Bir  sıra  məsələlər  yerindəcə  həll  edilib,  bəzi  problemlərin  həlli  üçün  aidiyyatı  qurumlara  yazılı  müraciətlər  olunub.


Bir  neçə  gün  rayonda  olan  millət  vəkili  rayonun  İcra  başçısı  ilə  görüşərək  keçirdiyi  görüşlər  və  əhalinin  söylədiyi  bəzi  problemlərlə  bağlı  fikir  mübadiləsi  aparıb, rayonda  olan  problemlərin  tez  bir  zamanda  həlli  üçün  görüləsi  işləri  müzakirə  ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top