Bakıda bağban faciəli şəkildə öldü

HADİSƏ 21 sen 2020, 12:40

Sentyabrın 20-də saat 06 radələrində Yasamal rayonu ərazisində Rahman Əslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.


Bununla bağı Yasamal rayon prokurorluğu məlumat yayıb.


Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


Aparılmış araşdırmalarla Yasamal rayonunda yerləşən mebel salonunda bağban işləyən Rahman Əslanovun həmin mebel salonun elektrik otağında elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.


Hazırda fakt üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma davam etdirilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top