Azərbaycanda peşəkar MMA turniri təxirə salındı

İDMAN 21 sen 2020, 10:57

Azərbaycanda keçirilməli olan MMA üzrə ilk IFL (International Fighting League) turnirinin keçirilməsində problem yaranıb.


Oxu.Az-a daxil olan məlumata görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası yarışın keçirilməsinə icazə verməyib.


Ona görə də dünən açıq havada baş tutmalı olan döyüş keçirilməyib. Əldə etdiyimiz məlumata görə, artıq nazirliklə məsələ həll olunub və həmin döyüş bu gün saat 17:00-da baş tutacaq.


Qeyd edək ki, karantin qaydalarının pozulmasının qarşısının alınması üçün təşkilatçılar turnirin keçirilmə məkanını gizli saxlayırlar. Onlar bu yolla tamaşaçıların yarış yerinə axışmasının qarşısını almaq istəyirlər.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top