Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə olunur

SOSİAL 21 sen 2020, 09:22

Gürcüstandan daha 250 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir.


“Report”un yerli bürosu xəbər verir ki, onların 153-ü Gürcüstan, 93-ü Azərbaycan, 4-ü isə Rusiya vətəndaşıdır.


Həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.


Təxliyə olunanların 48 saat etibarlı olan COVID-19 arayışı ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçmələri təmin olunacaq.


Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstandan və ölkədən tranzit keçməklə Azərbaycana 3 minə yaxın şəxsin təxliyəsi təmin edilib. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top